Tanınmış skripkaçı Nəzrin Rəşidova avqustun 9-da Londonda Müqəddəs Ceyms kilsəsində (St. James's Church) konsert proqramı ilə çıxış edəcək.
Avropa Azərbaycan Cəmiyyətinin “facebook” səhifəsinə istinadla xəbər verilir ki, Nəzrin Rəşidova Daniel Qrimvudla (fortepiano) birgə çıxış edəcək. Konsertin proqramına Jozef Yonqen və Pol Levisin əsərləri səsləndiriləcək.
azertag.az