Həvəskar xanım velosipedçilərin yürüşü keçirilib
26.7.2017

"Rapha" beynəlxalq həvəskar velosiped klubunun nümayəndəsi Castin Heyin təşəbbüsü və Azərbaycanın “Cyclemania Lady” qrupunun rəhbəri Günay İmanovanın təşkilatçılığı ilə "Women 100" adı altında veloyürüş keçirilib.

Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

Azərbaycanda ilk dəfə baş tutan bu veloyürüş hər il "Rapha"nın dəstəyi ilə dünyanın müxtəlif ölkələrində təşkil olunur.

Yürüşdə “Cyclemania Lady” həvəskər velosipedçilər qrupunun 7 aktiv qadin üzvü - Günay İmanova, Leyla Mirzəzadə, Rəbiyyə Oruclu, Səyyarə Hüseynli, Qumral Seyidova, Fidan Rəhimova və Gülşən Qaraşova iştirak ediblər.

Veloyürüş zamanı xanım velosipedçilər Şamaxı-İsmayıllı-Göyçay-Ağsu marşrutu üzrə 100 km məsafə qət ediblər və qarşıya qoyulan vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəliblər.

trend.az