Bu il Azərbaycanda ilk dəfə olaraq, Bakı şəhərində məktəbəhazırlıq qruplarında oxumaq istəyən uşaqların sənəd qəbulu elektron qaydada həyata keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 2017-2018-ci tədris ilində sənəd qəbuluna avqustun əvvəlindən başlamaq nəzərdə tutulur.
Sənəd qəbulu sentyabrın 18-dək davam edəcək. Sorğuları qəbul olunan uşaqların sənədlərinin məktəblərdə qəbulu avqustun 15-dən başlayacaq. Bu proses sentyabrın sonunadək davam edəcək.
Məktəbəhazırlıq qruplarında dərslərin oktyabrın 1-dən başlanılması nəzərdə tutulur.
trend.az