Bakıda Yaradıcı Qadınlar Assosiasiyasının üzvlərinin əsərləri sərgilənəcək
2.8.2017

Avqustun 7-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Yay” adlı rəsm sərgisi açılacaq. Sərgi Yaradıcı Qadınlar Assosiasiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil ediləcək.

Bu barədə Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəri Afaq Hüseynova məlumat verib. O deyib ki, sərginin ekspozisiyasında Yaradıcı Qadınlar Assosiasiyasının üzvü olan 60-dək fırça ustasının 150-dən çox sənət əsəri nümayiş olunacaq. Eyni zamanda, sərgidə rəngkarlıq, yağlı boya, akvarel, və dekorativ tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlər və heykəltəraşlıq sənətinə aid əsərlər təqdim ediləcək. Sərgidəki rəsmlərdə qadın gözəlliyi və xoşbəxtliyi, gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlığın ifadə olunduğu mövzulara yer verilir.

Sərgi bir həftə davam edəcək.

azertag.az