Respublika Müalicəvi Diaqnostika Mərkəzində yeni beynəlxalq mütəxəssis fəaliyyətə başlayıb
3.8.2017

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) beynəlxalq aparıcı mütəxəssislərlə əməkdaşlığı davam edir.

Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, yeni əməkdaşlıq çərçivəsində Belarusun geniş və peşəkar təcrübəyə malik mama-ginekoloqu İrina Kovqan RMDM-də fəaliyyətə başlayıb.

Mama-ginekologiya üzrə yüksək ixtisaslı kateqoriyaya sahib olan İ.Kovqan hamiləlik patologiyalarının diaqnostika və müalicəsində müasir metodlar barədə biliyə malikdir və müxtəlif ekstragenital patologiyalı doğuşları aparır.

azertag.az