İsveç Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib
3.8.2017

İsveç Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib.
İsveçin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu vəzifəyə diplomat Kristian Kamil (Christian Kamill) təyin olunub.
Diplomatik missiyasının yeni rəhbəri Azərbaycanda vəzifələrinin icrasına sentyabrın əvvəllərində başlayacaq.
Bu vəzifədə o, Azərbaycanda diplomatik missiyasını bu ilin iyul ayında başa vuran Tomas Danestadı əvəz edəcək.
Buna qədər K.Kamil İsveçin Qazaxıstandakı səfiri kimi fəaliyyət göstərib.

report.az