Azərbaycanlı tələbələrdən və gənclər təşkilatlarının fəallarından ibarət 8 nəfərlik qrup Mərakeşə səfər edəcək.
Nümayəndə heyəti avqustun 9-18-də Mərakeşdə olacaq.
Azərbaycan Gənclər və İdman Nazirliyinin və Mərakeşin müvafiq qurumlarının dəstəyi ilə təşkil edilən səfər zamanı nümayəndə heyəti Rabat, Kasablanka, Fes və Mərakeş şəhərlərini ziyarət edəcək və qonaqlar üçün maraqlı və əhəmiyyətli olan abidələrlə tanış olacaq, eləcə də ölkə rəsmiləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, nümayəndə heyətinin üzvləri səfərdən əvvəl Mərakeş səfirliyində olublar və Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş və Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüşüblər.
report.az