İqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC 167,66 hektarlıq ərazisində teplovoz hərəkətli dalan dəmir yolunun (daxili və xarici) tikintisi işlərinin satın alınması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri avqustun 29-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 11-nə qədər şirkətin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37 ünvanındakı “Demirchi Tower” iş mərkəzində yerləşən ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Abbas Mamedovdur. Telefon: (012) 488-80-65.
Təkliflərə sentyabrın 12-də, satt 17:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.
report.az