“İçərişəhər” və “28 May” metro stansiyası gücləndirilmiş iş rejiminə keçəcək.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, “Sahil” metro stansiyası təmir bağlanacağı üçün bu stansiyadan istifadə edən sərnişinlər “28 May” və “İçərişəhər” metro stansiyasına yönələcəklər. Bu proses tədris ili zamanı daha intensivləşəcək. Buna görə də hər iki stansiya fərqli qrafiklə işləyəcək. Sözügedən stansiyalar “Sahil” metro stansiyasından istifadə edəcək sərnişinləri də qəbul etmək gücündədir. Sıxlığın qarşısını almaq üçün “İçərişəhər” və “28 May” metro stansiyasında eskalatorların işlək vəziyyəti daha da artırılacaq.
azertag.az