"Nur" komandası qadınlar arasında çimərlik həndbolu üzrə Azərbaycan çempionatının ikiqat qalibi olub
21.8.2017

Avqustun 20-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında qadın həndbolçular arasında qalib və mükafatçılar məlum olub.

Günün qadınlar arasında keçirilən ilk qarşılaşmasında "İdman Akademiyası" ilə qarşılaşan "Azəryol-1" asan qələbə qazanıb – 2:0 (15:5; 13:9).

"Azərsu" - "Azəryol-2" görüşü isə gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. "Shoot-out"a qədər davam edən matç qonaq komandanın 2:1 (8:15; 13:11; 6:5) hesablı qələbəsi ilə yekunlaşıb.

Günün sonuncu matçı isə "Nur" və "Qarabağ" komandaları arasında keçirilib. Oyun "shoot-out"a qədər davam edib. Görüşdə "Qarabağ" rəqibini 2:1 ( 8:22; 15:14; 5:4) hesabı ilə məğlub edib.

Beləliklə, bu nəticələrdən sonra "Nur" komandası qızıl, "Azəryol-1" kollektivi gümüş, "Qarabağ" klubu isə bürünc medalların sahibi olub.


azertag.az