Ölkədaxili sərnişin qatarlarına minik istiqaməti dəyişdirilir
22.8.2017

Ölkədaxili sərnişin qatarları, eləcə də Bakı-Sumqayıt elektrik qatarlarına minik istiqaməti dəyişdirilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 gün müddətində “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 22.08.2017-ci ildən 26.09.2017-ci ilədək Bakıdan yola düşən ölkədaxili sərnişin qatarlarına, Bakı-Sumqayıt və Bakı-Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında - “Meydan” adlanan tərəfdə aparılacaq.

trend.az