Portuqaliyada beynəlxalq mahnı müsabiqəsində Azərbaycan da təmsil olunur
23.8.2017

Portuqaliyada “Serra de Eştrella” Beynəlxalq Mahnı Festivalı keçirilir. Festivalın rəsmi saytında verilən məlumata görə iştirakçılardan biri Azərbaycanı təmsil edən Emin Həsəndir.

Artıq üçüncü dəfədir keçirilən festival ənənəvi olaraq avqust ayının son bazar günündə baş tutacaq. Mahnı müsabiqəsinə 6-23 yaşarası uşaqlar və gənclər qatılır. Onlar bir neçə yaş kateqoriyasında yarışacaqlar. Festivala 17 ölkədən 49 iştirakçı qatılacaq.

azertag.az