B12 vitamini əksik olan uşaqlarda gec danışma kimi problemlər rast gəlinir.
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından bildiriblər ki, B12 vitamini orqanizm tərəfindən sintez olunmayan və heyvani qidaların yeyilməsi ilə mənimsənilən vitamindir. Beyinin inkişafı üçün çox vacib olan bu vitamin qırmızı ət və yumurtada çox miqdarda var. B12 vitamini eyni zamanda uşağın böyüməsi və inkişafına da təsir edir. Uşağın böyüməsi, inkişafı, yeriməsi və ya oturub qalxması kimi funksiyaların gecikməməsi üçün B12 vitamini ilə zəngin qidalar qəbul edilməlidir. Əks halda sadalanan problemlərin yaranma ehtimalı istisna deyil.
azertag.az