Görkəmli bəstəkar, Xalq Artisti, ictimai xadim Tofiq Quliyevin anadan olmasının 100 illiyi ilə bağlı Dövlət Səs Yazıları Arxivində mühafizə olunan arxiv sənədlərindən geniş istifadə olunur.
Bu məqsədlə arxivdə bəstəkarın şəxsi fondunda mühafizə edilən səs və video sənədlər seçilərək hazırlanıb.
Milli Arxiv İdarəsindən məlumat verilib ki, bərpasına ehtiyac duyulan sənətkarın yaradıcılıq janrları üzrə müvafiq siyahı tərtib edilib. Siyahıya ümumilikdə 730 saxlama vahidi foto və video sənədlər daxil edilib.
Tofiq Quliyevin 100 illik yubileyi münasibətilə müraciət edən qurumlara arxiv tərəfindən qanunvericilikdə müəyyən edilmiş əsaslarla arxiv sənədlərindən istifadə edilməsi üçün şərait yaradılmaqla yanaşı, aidiyyəti arxiv xidmətinin göstərilməsi lazımi şəkildə təmin edilib.
azertag.az