Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif ediliblər.
Bununla bağlı sərəncamı muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.
Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında səmərəli fəaliyyətlərinə görə Cəfərov Afiq Akif oğlu, Məmmədov Bəhruz Şükür oğlu, Səfərov Emin Ələddin oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə;
Əliyev Rövşən Məmmədəli oğlu, Rüstəmov Mehman Hüseynxan oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.
report.az