Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Bu gün Azərbaycanın daha bir cüdoçusu tatami üzərinə çıxacaq.
Mübarizəyə 1/32 finaldan başlayacaq Gülsədəf Kərimova venesuelalı Anrikuelis Barriosla qarşılaşacaq. İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
Qadınlar
63 kq
1/32 final. Gülsədəf Kərimova - Anrikuelis Barrios (Venesuela)
Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.
report.az