Mahnı Teatrı yeni mövsümün açılışına hazırlaşır
11.9.2017

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı sentyabrın 18-də yeni teatr mövsümünü açıq elan edəcək. Həmin gün teatrın musiqiçi kollektivinin repertuarında möhtəşəm konsert proqramı təqdim olunacaq.

Bu sözləri teatrın direktor müavini İlqar Musayev deyib. Onun sözlərinə görə, teatrın tərkibində fəaliyyət göstərən xalq çalğı alətləri orkestri artıq konsertin məşqlərinə başlayıb.

“Konsertdə respublikanın tanınmış ifaçıları tərəfindən bir-birindən parlaq xalq və bəstəkar mahnıları səsləndiriləcək. Bundan başqa, sentyabrın 20-də teatrda “Dan ulduzu” instrumental ansamblının konserti olacaq. Həmçinin, növbəti konsertdə də tanınmış ifaçılar çıxış edəcəklər”, - deyə İ.Musayev söyləyib.

azertag.az