“Bakı Foto 2017” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb
18.9.2017

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində sentyabrın 17-də “Bakı Foto 2017” fotomüsabiqəsinin iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.

Tədbir çərçivəsində qonaqlar müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Sərgidə beş nominasiya üzrə qalib gəlmiş fotoqrafların əsərləri təqdim edilib: “İçərişəhər: Dünən, bu gün”, “Portret”, “Təbiət”, “Tədbirlər” və “Bədii fotoşəkil”.

Müsabiqəyə ümumilikdə 600-ə yaxın fotoşəkil təqdim edilib. Münsiflər tərəfindən ən yaxşıları seçilərək qalib elan olunub.

AZƏRTAC-ın fotomüxbiri Tofiq Babayev də müsabiqənin qalibləri sırasındadır.

Sərgidə qaliblərin fotoşəkilləri ilə yanaşı, finalçıların da işləri nümayiş edilib.

Müsabiqədə çərçivəsində “100 Business Women of Azerbaijan” təşkilatının təsis etdiyi “Qadın fotoqraf” nominasiyasının qalibi də elan edilib.

azertag.az