Uşaqların məktəblərdə davamiyyəti barədə valideynlərə SMS bildiriş xidməti bərpa edilib. Bu barədə xidmətin operatoru “Mobile Solutions&Marketing Technologies” şirkətindən məlumat verilib.
Şirkətdən bildirilib ki, SMS bildiriş xidməti yay tətili ilə əlaqədar dayandırılmışdı.
Qeyd edək ki, bu xidmət Azərbaycanda fəaliyyət göstərən 3 mobil operatorun şəbəkəsində fəaliyyət göstərəcək.
Bu xidmət şagirdlərin dərs davamiyyəti barədə bildirişlərin valideynlərin mobil telefonlarına göndərilməsini nəzərdə tutur.
trend