Azərbaycan əhalisinin yalnız 29 faizinin bank hesabı var.
Bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen Bakıda "Elektron və rəqəmsal maliyyə xidmətləri" adlı yeni layihənin təqdimatında deyib.
O qeyd edib ki, Avropa və Mərkəzi Asiya üzrə analoji göstərici təqibən 50 faiz təşkil edir.
Van Bilsen bildirib ki, layihə əhalini ucuz maliyyə xidmətləri ilə təmin edəcək innovativ modelin tətbiqinə imkan verəcək: "Bu, dağ rayonları və kənd yerləri üçün xüsusilə aktualdır".
trend