Su İdmanı Sarayında “Ulduzlarla Çimərlik Voleybolu” yarışı keçirilib
22.9.2017

Su İdmanı Sarayında “Ulduzlarla Çimərlik Voleybolu” yarışı keçirilib.

Layihənin təşkilatçıları Azərbaycan Televiziyası Mədəniyyət kanalı, Azərbaycan Voleybol Federasiyası və Su İdmanı Sarayı olub.

Tədbirdə Zamiq Hüseynov, Fuad Musayev, Xəyyam Mustafazadə, Sərxan Bünyadzadə və Azad Şabanov peşəkar idmançılarla birlikdə çimərlik voleybolunda özlərini sınayıblar.

Onlar 2 komandaya bölünərək maraqlı oyun təqdim ediblər. Bir komandada Zamiq Hüseynov, Xəyyam Mustafazadə və idmançılar Vadim Kutukov , Vadim Kempf yer alıb. Digər komandada isə Fuad Musayev, Azad Şabanov, Sərxan Bünyadzadə və idman ustası Samir Nəbiyev birləşib. 3 set-dən ibarət olan yarış Zamiq Hüseynovun komandasının xeyrinə bitib 2-1.

Yarışın sonu konsert proqramı ilə davam edib. Konsertdə estrada ulduzları Manana, Samirə Allahverdi, Sevda Yahyayeva və gənc ifaçılar çıxış edib.

Layihənin əsas məqsədi yaxın keçmiş 2013-cu ildən Azərbaycanda fəaliyyətə başlayan çimərlik voleybolu idman növünə dəstək olub, dövlətimizin daim diqqətində olan idman və mədəniyyət sahələrini birləşdirmək idi.

trend.az