Bakıda V İnvestorlar Yarmarkası keçiriləcək
22.9.2017

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) oktyabrın 6-da Bakıda “Azərbaycanda Mikromaliyyənin Gələcəyi- Çətinlikləri və İmkanlar” adlı "V İnvestorlar Yarmarkası" keçirəcək.
AMFA-ya istinadən verilən xəbərə görə, tədbirin məqsədi regionlarda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə dəstək üçün xarici investorların cəlb edilməsidir.
Konfransda Milli Məclisin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan Mərkəzi Bankının, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Maliyyə Korporasiyasının rəhbər şəxslərinin, bankların, bank olmayan kredit təşkilatlarının, investisiya şirkətlərinin, texniki xidmət təminatçılarının, ixtisaslaşmış maliyyə ekspertlərinin və mətbuat nümayəndələrinin iştirak edəcəyi gözlənilir.
Tədbirdə “İlin üzv təşkilatı-2017” və “İlin peşəkarı-2017” mükafatları, eləcə də AMFA-nın xüsusi mükafatı-2017”nin sahiblərinə təqdim olunacaq.
Konfransda mikromaliyyə institutları sektorda mövcud olan yeni texnoloji vasitələr və yeni imkanlar haqda öyrənmək üçün fürsət əldə edəcəklər. İnvestor yarmarkasının iştirakçıları, investorlar, həmçinin təsisçilər, strateji baxımdan maraqlı tərəflər və texniki xidmət təminatçıları yeni əməkdaşlıq və əlaqələr qurmaq imkanı qazanacaqlar.

report.az