Sentyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycan opera və operettalarından ibarət “Əbədi musiqi” adlı konsert-tamaşa təqdim olunub.
Konsert-tamaşa Azərbaycan Televiziya və Radiosu, “Mədəniyyət” kanalı, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında gerçəkləşib.
Musiqili gecədə Xalq Artisti Fidan Hacıyeva, Əməkdar artistlər Anar Şuşalı, İnarə Babayeva, müğənnilər Fərid Əliyev, Afaq Abbasova, İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Fəridə Məmmədova, Nərgiz Kərimova, Taleh Yəhyayev, Cahangir Qurbanov, Mahir Tağızadə və digərləri çıxış ediblər. Bir-birindən parlaq ifaların səsləndiyi gecə maraqla qarşılanıb.
Solistləri Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun bədii rəhbərliyi və baş dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edib.
azertag.az