Qış aylarında əsas vitamin mənbələri olan meyvə və tərəvəzlərin sayı məhdudlaşır. Bu vəziyyətdə kələm, kartof, kök, çuğundur kimi tərəvəzləri tez-tez qəbul etmək lazımdır.
Çuğundur çox faydalı tərəvəzdir. Dahi Hippokrat çuğundurun müalicəvi xüsusiyyətlərini təsdiq edirdi. Parasels isə bu tərəvəzi müxtəlif qan xəstəliklərin (o cümlədən, anemiyanın) müalicəsində istifadə edirdi.
Çuğundur həqiqətən dəmirlə zəngindir və bu səbəbdən qanazlığından əziyyən çəkən insanlar bu tərəvəzi tez-tez qəbul etməlidir.
Çuğundur xüsusi antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.
Çuğundur bağırsaqlar üçün xüsusilə faydalıdır. Çuğundur qəbizliklə mübarizə edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır.
Çuğundur sellülozla (təbii liflər) zəngindir. Sellüloz bağırsaqları orada yığılan ziyanlı maddələrədən təmizləyir və həmçinin disbakteriozla mübarizə aparır. Sellüloz bağırsaqlarda yaşayan xeyirli bakterilər üçün qidadır. Məhz bu xeyirli bakterilər həzm proseslərində, bəzi vitaminlərin sistezində iştirak edir, immun sisteminin möhkəmlənməsinə müsbət təsir edir. Bağırsaqlarda yaşayan xeyirli bakterilərin sayı kəskin azaldıqda bu "disbakterioz" adlandırır. Disbakterioz müxtəlif pozulmalara yol açır.
Bağırsaqlar üçün çoö xeyirli salat reseptini sizə təqdim edirik: kələm və çuğundur (çiy vəziyyətdə) xırda çöplər şəklində doğranılır, üzərinə 1/2 limonun şirəsi və zeytun yağı əlavə olunur və qarışdırılır. Salatı 1 saat ərzində mətbəxdə saxlayın ki, tərəvəzlər yumşalsın, şirə əmələ gəlsin və sonra 1 tikə qara çörəklə (ağ yox!) qəbul edin. Belə salat bağırsaqlara əsl "süpürgə" kimi təsir edir - burada yığılan toksinləri, şlakları, "pis" xolesterini və s. ziyanlı maddələri "süpürüb" çölə çıxardır.
Xroniki ishallara meyilii olan insanlar çuğunduru qəbul etməməlidir ki, bu ishalın daha da güclənməsinə təkan verəcək.
Çuğundur və çuğundur şirəsi damarları xolesterindən təmizləyir və nəticədə orqanizmi aterosklerozun inkişafından qoruyur.
Dəmirlə və "betain" maddəsi ilə zəngin olan çuğundur qara ciyərin fəaliyyətinə müsbət təsir edir.
Çuğundur yodla də zəngindir və bu səbəbdən qalxanvari vəzi xəstəliklərin və pozulmaların qarşısını almağa kömək edir.
Çuğundur orqanizmə iltihabəleyhinə təsir edir və immun sistemi üçün çox xeyirlidir. Bu səbəbdən soyuqdəymənin ilk simptomlarında çuğundur şirəsini qəbul edə bilərsiniz. Qəbul etdikdən əvvəl çuğundur şirəsini alma və ya kök şirəsi ilə yarıbayarı durulaşdırmaq lazımdır.
Çuğundur sink elementi ilə də zəngindir. Sink həm kişilərin, həm qadınların cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir.
Çuğundur azkalorili tərəvəzdir. Lakin onun tərkibində olan sellüloz insana uzun müddət ərzində özünü tox hiss etməyə imkan verir. Məhz bu xüsusiyyətinə görə çuğundur arıqlamaq məqsədi ilə tutulan bir çox pəhrizlərə daxildir.
Çuğundur yarpaqları da çox xeyirlidir. Onları müxtəlif qidalarda və salatlarda istifadə etmək olar.
saglamolun.az