Proqnozlar Bürosu: Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək
28.9.2017

“Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabr ayının axırına kimi davam edəcək”
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: “Müxtəlif yerlərdə yağış intensiv olacaq. Havanın temperaturu günorta saatlarında 17-22, dağlıq ərazilərdə isə 10-15 dərəcə arasında dəyişəcək”.
Növbəti günlərdə Bakının hava şəraitinə gəlincə G.Məmmədova vurğulayıb ki, paytaxtda yağan intensiv yağışlar növbəti günlərdə zəifləyəcək: “Paytaxtda fasilələrlə yağış yağacaq. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək”.

report.az