"Belvedere" restoranında master klass keçirilib
28.9.2017

Sentyabrın 27-də “Excelsior Hotel & Spa Baku” otelində triliçe şirniyyatının hazırlanması ilə bağlı master klass keçirilib.

Tədbirdə ixtisaslaşmış kolleclərin şagirdləri və gənc aşbazlar iştirak ediblər. “Belvedere” restoranının şirniyyat üzrə şef aşpazı Asiman Abdullayev triliçe şirniyyatının hazırlanması texnikasını göstərib.

Master klassdan sonra aşbaz iştirakçıların suallarını cavablandırıb, iştirakçılara şirniyyatın resepti təqdim olunub və hazırladığı şirniyyatın dequstasiyası keçirilib.

Aşbaz A.Abdullayev bildirib ki, bu şirniyyata üç süd məhsulu əlavə olunduğu üçün triliçe adlanır. Triliçe Türkiyədə çox məşhur və sevilən şirniyyatdır. Sentyabr ayından etibarən qonaqlar “Belvedere” restoranında triliçe şirniyyatını sifariş edə bilərlər.

“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar və “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

trend