Azərbaycanda Məişət zorakılığı ilə bağlı Məlumat Bankı yaradılıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Məlumat Bankı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda Gender Əsaslı Zorakılığa qarşı Mübarizə” layihəsi çərçivəsində yaradılıb.
Qeyd edək ki, oktyabr ayının 4-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatını keçirəcək.
report.az