Energetika Nazirliyinin e-xidmətlərilə bağlı dəyişiklik edilib
2.10.2017

Nazirlər Kabineti Energetika Nazirliyinin göstərdiyi elektron xidmətlərlə bağlı dəyişiklik edib.

Bununla bağlı “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.

Həmin qərarın indiyədək mövcud olan “Elektron xidmət növlərinin Siyahısı” üzrə əlavəsində qeyd edilir ki, Energetika Nazirliyinin göstərdiyi elektron xidmətlərdən biri də qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbuludur.

Qərara bu bəndlə bağlı edilən yeni dəyişikliyə əsasən, Energetika Nazirliyi artıq qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət göstərəcək.

trend.az