Gənclərin yol hərəkəti qaydalarına dair məlumatlandırılması ilə bağlı yeni layihəyə start verilib
4.10.2017

“Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Təhlükəsiz yol, yaxşı yol” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən bildirilib ki, Bakıda həyata keçiriləcək layihənin məqsədi gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair biliklərinin artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsinin və yol hərəkəti təhlükəsizliyin təmin olunması ilə bağlı məlumatlılığın yüksəldilməsidir.

Layihə çərçivəsində təcrübəli ekspert və təlimçilər tərəfindən iştirakçılara şəhər nəqliyyatında, yollarda ictimai davranış və yol hərəkəti qaydaları, avtomobillərin idarə olunması və s. mövzularda qeyri–formal təhsil metodu vasitəsilə təlimlər və praktiki məşğələlər keçiriləcək.

azertag.az