Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
5.10.2017

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.
Xarici KİV-ə istinadən xəbər verilir ki, Jak Dyuboşe (İsveçrə), Yoahim Frank (ABŞ) və Riçard Hederson (Böyük Britaniya) yüksək molekulyar biomolekulların strukturunu təyin etmək üçün krioelektron mikroskopun hazırlanmasına görə bu mükafata layiq görülüblər.
Qeyd edək ki, bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib. Onların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyir. Alimlər insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf ediblər.
ABŞ alimləri - Rayner Vays, Barri Bariş və Kip Torn fizika sahəsi üzrə Nobel mükafatına layiq layiq görülüblər. Bu alimlər kosmik mənşəli qravitasiya dalğasını müəyyən ediblər.
Qeyd edək ki, oktyabrın 9-da iqtisadiyyat sahəsində laureatların adları açıqlanacaq. Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı isə oktyabrın 6-da elan olunacaq.

report.az