Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində konsert proqramları təqdim ediləcək.
Muğam Mərkəzindən bildirilib ki, layihənin ikinci mərhələsi oktyabrın 11-dən dekabrın 27-dək davam edəcək. Bu dəfə konsertlərdə “Mahur-hindi”, “Bayatı-Kürd”, “Orta Mahur”, “Rahab”, “Bayatı-Qacar”, “Şahnaz”, “Qatar”, “Dəşti”, “Mirzə Hüseyn Segahı”, “Xaric Segah” muğamları, habelə “Heyratı”, “Mənsuriyyə”, “Qarabağ şikəstəsi”, “Osmanlı”, “Heydəri”, “Simayi-Şəms”, “Ovşarı”, “Arazbarı” kimi zərb muğamları səslənəcək.
Biletləri şəhərin kassalarından və iticket.az saytından eldə etmək olar.
Tədbirin informasiya dəstəkçiləri sırasında Azərbaycan Dövlət İnformasiya Agentliyi da yer alır.
Qeyd edək ki, layihənin birinci mərhələsində reallaşan konsert proqramlarında yeddi əsas muğam tanınmış xanəndələr tərəfindən səslənib.
azertag.az