“Hədəf” nəşrlərində filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin müəllifi olduğu “Azərbaycan dilini öyrənirəm” dərs vəsaiti beşinci dəfə nəşr olunub. Kitab bu dəfə fransız dilində işıq üzü görüb.
Müəllif bildirib ki, ilk dəfə Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının qərarı ilə dərs vəsaiti kimi çap edilən kitab indiyədək bir çox dillərdə işıq üzü görüb.
Azərbaycan dilini öyrənmək istəyən xarici vətəndaşlar, xaricdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan dərs vəsaiti bu sahədə olan boşluğu doldurmaq məqsədilə hazırlanıb. “Azərbaycan dilini öyrənirəm” və “Azərbaycanı öyrənirəm” adlı iki hissədən ibarət kitab 248 səhifədir.
azertag.az