Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində (Daş bazarı) olan yol təmir edilib.
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, təmir işləri Sulutəpə dairəsindən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 metrlik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 metrlik məsafəni əhatə edib.
Ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb və yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə iş görülüb.
Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə, təmir işlərinin aparıldığı sahə 17 min kv.m-ə yaxındır.
report.az