“Elektron hökumət” portalına "Azərsu" ASC-nin yeni elektron xidməti inteqrasiya olunub.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Artıq “Elektron hökumət” portalının istifadəçiləri "Azərsu" ASC-nin “Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” haqqında arayış adlı elektron xidmətindən yararlana bilərlər.
Xidmətdən istifadə etmək üçün www.e-gov.az portalından “Azərsu” ASC-nin təqdim etdiyi elektron xidmətlərin siyahısından və ya elektron arayışlar bölməsindən “Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi” xidmətini seçmək lazımdır. İstifadəçi açılan səhifəyə 13 rəqəmli abonent kodunu daxil edib bazada mövcud olduğu təqdirdə isə istifadəçi şəxsi məlumatları ilə yanaşı, sayğacının tipi; son 12 ay üzrə faktura sərfiyyatı; son 12 ay üzrə faktura məbləği; son 12 ay üzrə ödənilmiş məbləğ barədə informasiyanı arayış formasında əldə edə bilir.
Qeyd edək ki, bununla da "Azərsu" ASC-nin “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərin sayı 11-ə çatıb. Hazırda portal üzərindən ümumilikdə 18 elektron arayış təqdim olunur.
trend.az