Azərbaycan Dövlət Neft və Sənaye Universitetində daimi işə qəbul olunan müəllimlər and içiblər
10.10.2017

Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dəfə daimi işə qəbul olunan müəllimlərin andiçmə mərasimi keçirilib.

ADNSU-dan bildiriblər ki, tədbirdə universitetin tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov işə qəbul olunan müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra ADNSU-da ilk dəfə daimi işə qəbul olunan 15 müəllim Azərbaycan Respublikasının dövlət bayrağı altında Konstitusiyaya əl basaraq and içib.

Qeyd edək ki, müəllimlərin andiçməsi Təhsil Nazirliyinin 2014-cü il 16 may tarixli əmrinə əsasən həyata keçirilib.

azertag.az