Tanınmış xanəndələrin ifasında “Rast” muğamı səslənəcək
10.10.2017

Noyabrın 1-də Heydər Əliyev Sarayında “Muğam və mənəviyyat” adlı konsert proqramı təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən bildirilib ki, “Rast” muğam dəstgahını Xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova və Naxçıvan Əməkdar Artist Ehtiram Hüseynov səsləndirəcək.

Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri “Könül” ansamblı müşayiət edəcək.

Konsertin biletlərini şəhərin kassalarından, www.iticket.az saytından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

azertag.az