Azərbaycanlı cazmen beynəlxalq festivalda solo konsert proqramı ilə çıxış edəcək
13.10.2017

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Əməkdar Artist İsfar Sarabski Fransanın Reyms şəhərində “Sunnyside” caz festivalına qatılacaq.

Xəbər verilir ki, İsfar Sarabski festivalda noyabrın 5-də solo konsert proqramı ilə sıxış edəcək.

“Sunnyside” caz festivalı “Jazzus Productions” tərəfindən təşkil edilir. 2011-ci ildə yaradılmış bu şirkət caz tədbirlərinin təşkili sahəsində fəaliyyət göstərir.

azertag.az