Günün ulduz falı
20.10.2011

Qoç - Yaradıcı potensialınıza güvənməyin, bu gün onun "istirahət" günüdür. Rəqabət qızışır, tərəf-müqabilləriniz sizə təsir göstərməyə çalışırlar. Evdə də sakitlik axtarmağa çalışmayın. Daim nəinki öz nöqteyi-nəzərinizi müdafiə etməli, həmçinin belə fikir azadlığınız olduğunu da sübut etməli olursunuz. Gənc Qoçları romantik görüş gözləyir.

Buğa - Cəsarətli planlar qurun, bunların əksəriyyətini öz inadınız sayəsində uğurlda yerinə yetirəcəksiniz. İnsanlarda xeyli yaxşı xasiyyət kəşf edəcəksiniz. Günün ikinci yarısı sizi xoş sürpriz gözləyir. Qəfil səfərlər, əyləncəli tədbirlər ola bilər. Əhvalınız əla olacaq.

Əkizlər - Xoş hadisələr çoxalmaqdadır. Nüfuzlu adamlarla ünsiyyət, biznesinizin inkişafı üçün yaxşı gündür. Enerjiniz aşıb-daşır, çox iş görməli olsanız da, heç yorulmursunuz. Vaxtilə çox yaxın və eyni zamanda ağrılı münasibətləriniz olan insanlarla rastlaşa bilərsiniz. Yaxşı ki, keçmiş inciklikləri unutmağı bacarırsınız.

Xərçəng - Hərtərəfli düşünülmüş yeni işlərə başlamaq olar. Bugünkü ciddiliyiniz nəinki səhvsiz işləməyə, həmçinin iş münasibətlərini yaxşılaşdırmağa xidmət edəcək. Sizə güvənəcəklər. Yaxınlarınızı hədiyyələrlə, yaxud diqqətinizlə sevindirin. Bu gün ətrafınızdakılara xoş əhval-ruhiyyə bəxş edəcəksiniz.

Şir - Uğursuz günlər davam edir. Bu gün xüsusilə həmkarlarınıza qarşı diqqətli olun. Yox yerdən mübahisələr yaranacaq. Əgər bütün günahları, hətta Somalidəkilərin aclıq çəkməsinin məsuliyyətini də sizdə görsələr, təəccüblənməyin. Heç kimə baş qoşmayın, işinizdə olun. Ailə, məişət işlərilə məşğul olun.

Qız - Nə özünüz tələsin, nə də başqalarını tələsdirin. Hadisələr ləng inkişaf edir, amma nə olsun? Bu ki sizə hərəkət azadlığı, düşünmək imkanı verir. Dostlarınızla ünsiyyət üçün yaxşı gündür. Amma bu gün romantik hisslərə qapılmayın, belə görüşlər və danışıqlar da planlaşdırmayın. Ətrafınızdakılar sizi izləyirlər.

Tərəzi - Bu günün bir çox hadisələri üzünüzü güldürəcək. İş görün, fantaziyanızı, bacarığınızı işə salın. İstənilən danışıqları əla səviyyədə bitirəcəksiniz. Düzdür, bunun üçün bəzən məlahətinizi də işə salmalı olacaqsınız. Xoş səfərlər mümkündür. Bir təsadüf nəticəsində çox ümid bəslədiyiniz münasibətinizdə gözəl sürprizlər yaşayacaqsınız.

Əqrəb - Planlarınızı dəyişməli olacaqsınız. İşdə və evdə sizi kimsə rahat buraxmayacaq. Pul itirə bilərsiniz. Sizə kömək etməyə söz verənlər çox, gözünüzə görünənlər isə az olacaq. Ola bilsin, işinizi yoxlasınlar. Rəhbərliklə ehtiyatlı olun. Hər vəchlə stresdən qaçın. Xoşunuza gəlməyən insanlarla görüşməyin.

Oxatan - Bir çox çətin hesab etdiyiniz problemin həlli bu gün su içimi kimi asan olacaq. İşdə yüksəliş gözlənilir. Tərəfdarlarınızla münasibətlərinizi möhkəmlədə bilərsiniz. Yeni işlərə başlamaq olar. İmicinizi çəkinmədən dəyişə bilərsiniz. Gözəllik salonuna, alış-veriş məkrəzinə gedin. Romantik görüşlər sizi sevindirəcək.

Oğlaq - Çox işləməli olacaqsınız. Darıxmayın, bəhrəsini görəcəksiniz. Maliyyə işlərini uğurla həll edəcəksiniz. Uğurlarınız kölgədə qalmayacaq. Sizə nəinki kompliment deyəcək, həmçinin yaxşı təkliflər edəcəklər. Birlikdə iş görməyəcəyiniz adamlara nahaqdan ümid verməyin. Ailə məsələlərini yoluna qoymaq üçün yaxşı gündür.

Dolça - Bir istəyiniz yetər ki, axmaq bir səhv ucbatından korlanan münasibətləri düzəldəsiniz. Ancaq daim keçmişi xatırlamaqla gününüzü keçirməyin. Bundansa gələcək üçün planlar qurun. Təhsildə sizi uğurlar gözləyir. Gün ərzində diqqət mərkəzində olacaqsınız. Bu isə yeni tanışlıqlar üçün yaxşı şərait yaradır.

Balıqlar - Bu gün rahat nəfəs alacaqsınız. Özünüzə inamınız artacaq, qarşınıza qoyduğunuz məqsədlərə asanlıqla çatacaqsınız. Yaradıcılıq qabiliyyətinizi tam şəkildə ortaya qoya biləcəksiniz. Enerjinizin azlığından şikayətiniz olmayacaq. Yeni hobbiləriniz yaranacaq. Qanınızı qaraldan bircə məsələ var - o da puldur. Gərək ehtiyatlı olasınız.