Təbii şirələrin faydası
13.10.2017

Təbii şirələr vitamin və mikroelementlərlə zəngindir.
Onlar insan orqanizmi üçün çox faydalıdır, insanın immun sistemini möhkəmləndirir, bütün orqan və sistemlərinə müsbət təsir edir.
Təbii şirələrin istifadəsi hətta müalicəvi effekt verir. Şirələri tam yetişmiş meyvə və tərəvəzlərdən hazırlayırlar. Xarab meyvə və tərəvəzlərdən şirələri hazırlamaq olmaz! Təbii şirələri hazırladıqdan dərhal sonra içmək lazımdır. 2 saatdan çox qalan təbii şirədə (soyuducuda saxlanılsa belə) vitaminlər, demək olar, yox olur.

Uşaqlar və xəstələr üçün şirələri şirəçəkən maşınlarda hazırlamaq məsləhət deyil. Meyvə və ya tərəvəzi sürtgəcdən keçirin, sonra isə alınmış kütləni bir neçə qat tənzif parçadan süzün. Bu halda bütün vitamin və mikroelementlər şirədə qalacaq.

Kök şirəsi insanın gözləri və dərisi üçün çox faydalıdır.

Tomat şirəsi C vitamini, karotin və kalium mikroelementi ilə zəngindir. Bu şirə həzm prosesini yaxşılaşdırır. Tomat şirəsində kalorilər azdır.

Kələm şirəsi orqanizmi möhkəmləndirir. Tərkibində çoxlu yod var. Qəbizliyi aradan götürür, arıqlamağa kömək edir. Bu şirə qastrit, kolit, enterokolit, mədə xorası xəstəliklərinin simptomlarını aradan götürməyə kömək edir. Kələm şirəsinə duz qatmaq olmaz. Kələm şirəsinin kök şirəsi ilə qatışığı (1:2) da çox faydalıdır.

Xiyar şirəsi böyrəklər üçün çox faydalıdır, bu şirə təbii sidikqovucudur. Qan təzyiqini yaxşılaşdırır. İnsan dərisini təmizləyir. Xiyar şirəsinin kök şirəsi ilə qarışığı revmatizmdən əziyyət çəkən xəstələrə yaxşı kömək edə bilər. Diş və diş ətində problem olan insanlara xiyar şirəsini içmək məsləhətdir.

Çuğundur şirəsi qan və damarları təmizləyir, hemoqlobini artırır. Orqanizmdən toksinləri çıxardır.

Kartof şirəsi qan təyziqini aşağı salır, qastrit, mədə və 12-barmaq bağırsağı xorası olan insanlara çox faydalıdır. Baş ağrılarını aradan götürür. Kartof və kök şirələrinin qarışığı insan orqanizmini təmizləyir.

Balqabaq şirəsində çoxlu B və E vitaminləri var. Bu şirə hemoqlobini artırır. Uşaqlar üçün çox faydalıdır. Böyrək və qara ciyəri xəstə olan insanlara kömək edir.

Alma şirəsi ağ ciyəri və böyrəkləri təmizləyir. Bu şirə dəmirlə zəngindir və bu səbəbdən qan-damar sistemi üçün çox faydalıdır. Həzm prosesini yaxşılaşdırır, toksinləri çıxardır.

Portağal şirəsi qan-damar sistemi üçün çox faydalıdır. O qara ciyərin funksiyasını yaxşılaşdırır. Lakin mədə-bağırsaq sistemində problemlər olan insanlara bu şirəni içmək məsləhət görülmür.

Ərik şirəsi ürək üçün çox faydalıdır. C vitamini və kaliumla zəngindir. Qanı toksinlərdən təmizləyir. Çox kalorilidir və bu səbəbdən çəkisi artıq olan insanlara və şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə bu şirəni içmək məsləhət görülmür.

Ananas şirəsi arıqlamaq istəyən insanlara kömək edə bilər. Ananasın tərkibində "bromelayn" adlı təbii bir maddə var ki, piyi əridir və insan orqanizmini cavanlaşdırır. Boğazı və böyrəyi xəstə olan insanlara yaxşı kömək edir. Mədə-bağırsaq sistemi, qan-damar sistemi və böyrəklər üçün çox faydalıdır. İmmuniteti artırır.

Qreypfrut şirəsi yuxusuzluğu və yorğunluğu aradan götürür, qan damarlarının elastikliyini artırır, həzm prosesini və qara ciyərin funksiyasını yaxşılaşdırır. Vitamin C ilə zəngindir. İmmuniteti artırır.

Şaftalı şirəsi aritmiyadan əziyyət çəkən insanlara çox faydalıdır, həzm prosesini yaxşılaşdırır.

Gavalı şirəsi kaliumla çox zəngindir. Ateroskleroz, revmatizm xəstələri üçün çox faydalıdır.

Albalı şirəsi ən faydalı şirələrdən biridir. Qanazlığı olan insanlara çox faydalıdır. Mədə və 12-barmaq bağırsağı xorası olan xəstələrə çox albalı şirəsi içmək məsləhət görülmür (habelə portağal, ananas, qreypfrut şirələri).

Qara qarağat şirəsi insan orqanizminə insulinə oxşar təsir edir və ona görə şəkər xəstələri üçün çox faydalıdır. İmmuniteti yaxşılaşdırır.

Qırmızı qarağat şirəsi qan-damar sistemi, revmatizm, mədə-bağırsaq sistemi xəstə olanlara çox faydalıdır.

saglamolun.az