Oktyabrın 18-də “YARAT” Müasir İncəsənət Mərkəzində Polşa kinematoqrafiyasının istehsalı olan “Azadlığın ritmi” filmi nümayiş olunacaq.
Rejissorlar Leşek Qnoinski və Voysex Slotanın ekranlaşdırdığı filmin xronometrajı 73 dəqiqədir. Rus dilində subtitrlilərlə təqdim ediləcək ekran əsəri Polşa rokunun yaranmasından və musiqi vasitəsilə öz azadlıq paylarını tapmış gənc insanlardan bəhs edən çox maraqlı hekayədir.
Əslən polşalı olan ingilis jurnalisti və “Rok-n-rol” janrının veteranlarından biri olan Kris Saleviçin gözü ilə “Beats of Freedom” gündəlik həyatda sıxışdırılan, gərgin cəmiyyətdə müəyyən dərəcədə sərbəstlik verən bəzi aspektlər haqqında danışır.
Filmin nümayişinə hər kəs qatıla bilər.
azertag.az