2018-ci ilin 2 mart tarixindən etibarən “Etihad” hava yolları Əbu-Dabi-Bakı birbaşa aviareysinə start verəcək.
Uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Bu marşrut Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Azərbaycan arasında olan yeni marşrutdur. Aviareyslər 136 nəfərlik (16 biznes-klass, 120 ekonom-klass) “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.
“Biz Əbu-Dabidən bir çox inkişaf etmiş şəhərlərə birbaşa aviareyslər təşkil etməyə başlamışıq. Son zamanlar Azərbaycana artan maraq səbəbindən bu ölkənin paytaxtına həyata keçirəcəyimiz uçuşları səbirsizliklə gözləyirik”, - deyə “Etihad” hava yollarının baş icraçı direktoru Piter Baumqartner bildirib.
oxu.az