Azərbaycan-İtaliya münasibətlərində əldə olunmuş nəticələrin böyük perspektivləri italyan mediasının gündəmində
23.10.2017

Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə İtaliya Senatında keçirilmiş “Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol” adlı konfrans çoxsaylı İtaliya kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.

Bu barədə Azərbaycan Xarici işlər Nazirliyindən (XİN) məlumat verilib.

Konfransla bağlı İtaliyanın “İl Giornale”, “Globalist”, “AGİ”, “Agenzia Nova”, “Agenparl”, “Notizie Geopolitiche”, “Globus Magazine”, “Scenari İnternazionali”, “Sicilian Network”, “Daily Cases”, “Andradelab”, “Rete Sole” kimi mətbuat orqanları tərəfindən dərc olunmuş məqalə, reportaj və müsahibələrdə iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq barədə məlumat verilib, konfransın məqsədinin Azərbaycan-İtaliya münasibətlərində əldə olunmuş nəticələrin və ikitərəfli münasibətlərin vəd etdiyi böyük perspektivlərin göstərilməsi olduğu bildirilib.

Dərc olunmuş məlumatlarda eləcə də, konfransda çıxış etmiş şəxslərin, o cümlədən İtaliya Senatının vitse-prezidenti Linda Lançilotta, İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova, İtaliyanın mədəniyyət nazirinin müavini Antimo Çezaro, İtaliya Senatının Avropa İttifaqı siyasəti daimi komissiyasının sədri Vanino Kiti, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari , Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Azər Kərimli, İtaliya parlamentində Azərbaycanın dostları parlamentlərarası assosiasiyasının sədri senator Sercio Divina, İtaliya Senatının Maliyyə və Xəzinə daimi Komissiyasının sədri, Azərbaycanın dostları parlamentlərarası assosiasiyasının sədr müavini Mauro Marino, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov, SNAM şirkətinin baş icraçı direktoru Marko Alvera, Azərbaycanın dostları parlamentlərarası assosiasiyasının üzvü senator Maria Rizzotti, senator, sabiq təhsil naziri Stefania Ciannini, İtaliya Daxili İşlər Nazirliyinin İtaliya İslam Şurasının müşaviri, İtaliya İslam Dini Şurasının (CO.RE.İS.) sədr müavini, ISESCO-nun Qərbdə Təhsil və Mədəniyyət Şurasının sədri Yəhya Pallaviçininin konfransda səsləndirdiyi fikirlərinə də yer verilib.

trend.az