Metro stansiyalarında intiharların və ya ehtiyatsızlıqdan baş verən bədbəxt hadisələrin qarşısını almağın yollarından biri də platformalarda təhlükəsizlik çəpərlərinin quraşdırılmasıdır. Bu praktika dünyanın bir çox böyük şəhərlərində metrolarda tətbiq olunur.
Bakı metrosunda belə təhlükəsizlik sədlərinin quraşdırılması mümkündürmü?
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-in bu mövzu ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, Bakıda metro stansiyalarda hələlik belə bir təhlükəsizlik səddi nəzərdə tutulmayıb:
"Bu elə bir mexanizmdir ki, stansiya tikilərkən layihədə nəzərə alınmalıdır. Yəni qatar platformada dayanarkən onun qapıları ilə bu səddin qapıları eyni anda açılıb bağlanmalıdır.
Bilirsiniz ki, Bakı metrosunda əksər stansiyalar sovet dönəmində tikilib və belə bir mexanizm nəzərdə tutulmayıb. Ona görə də bu sistemi tətbiq etmək mümkün deyil".
trend.az