Azərbaycanda üçpilləli gömrük tarifləri sisteminin ləğv edilməsi təklif olunur
25.10.2017

Azərbaycanda üçpilləli gömrük tarifləri sisteminin ləğv edilməsi təklif olunur.

Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ Azərbaycan hökuməti tərəfindən nəzərdən keçirilir: “Biz pillələrin azaldılması təklifi ilə çıxış etmişik”.

Qeyd edək ki, hazırda Azərbaycanda üçpilləli gömrük tarifləri sistemi qüvvədədir. Ölkədə gömrük tariflərinin 0, 5 və 15 faiz dərəcələri mövcuddur.

trend.az