Qənirə Paşayeva Mavritaniya prezidenti ilə görüşüb
2.11.2017

XXIX "BPW" Beynəlxalq Konqresində iştirak edən millət vəkili Qənirə Paşayeva Mavritaniyanın prezidenti Ameenah Gurib ilə görüşüb.

Q.Paşayeva A.Gurib ilə köçkün qadınlardan danışıb. Mavritaniyanın prezidenti və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirən Q.Paşayeva onlara Azərbaycanla bağlı geniş məlumatlar verib.

Millət vəkili görüş zamanı Mavritaniyanın prezidentinə və heyət üzvlərinə 1 milyon azərbaycanlının, o cümlədən yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə danışıb.

Q.Paşayeva ölkələrimizin fəal qadınlarının əməkdaşlığının genişlənməsinin önəmini də qeyd edib. Millət vəkili görüşün sonunda Mavritaniya prezidenti Ameenah Guribə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materialları təqdim edib.

trend.az