Çində iki ekranlı smartfon yaradıldı
2.11.2017

Çinlilər iki ekranlı unikal smartfon yaradıblar.

İki işlək displeyli smartfon mütəxəssislərin yüksək qiymətini alıb.

Cihazın unikal konstruksiyası smartfondan təxminən 7 düymlük planşet düzəltməyə imkan verir. Həmçinin müxtəlif proqramları displeyə çıxarmaq və “güzgü” funksiyasından istifadə etmək mümkündür. Eyni vaxtda iki istifadəçi displeydə oyun oynaya biləcək.

Artıq bu ilin sonunda cihaz ABŞ və Yaponiya bazarlarında satışa çıxarılmalıdır. Daha sonra o, bir çox digər bazarlarda da debüt edəcək. “İkili” smartfonun təklif edilmiş qiyməti 725 ABŞ dolları təşkil edir.

lent.az