Ultrabənövşəyi şüa altında görünən “ağıllı” mürəkkəbi spirtlə görünməz etmək mümkündür
2.11.2017

Çinin kimyaçı alimləri məxfi məlumatların yazılması üçün yeni növ görünməyən “ağıllı” mürəkkəbdən istifadə olunmasını təklif ediblər.

Sınaq məqsədilə yazını yalnız ultrabənövşəyi lampa altında, xüsusi reagentin köməyi ilə oxumaq və spirt vasitəsilə tamamilə görünməz etmək mümkün olub.

Qurğuşun əsaslı mürəkkəb yalnız xüsusi reaktiv vasitəsilə ultrabənövşəyi şüa altında görünür. Bununla yanaşı, yazını daşıyıcını zədələmədən üzvi həlledici ilə yox etmək mümkündür. Yazının həllolma prosesi cəmi on dəqiqə çəkir. Eyni zamanda, bu prosesi geriyə döndərmək də olur. Aktivləşdirici reagent sözügedən mürəkkəblə yazılmış yazını ultrabənövşəyi şüa altında görünən edir. Aktivləşdirmə və deaktivləşdirmə prosesini 20 dəfə təkrar etmək olar.

azertag.az