Almaniyalı magistrant Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təcrübə keçir
7.11.2017

Almaniyanın Frayburq Universitetinin magistrantı Franziska Lengerer Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəaliyyətini davam etdirir.

ADNSU-dan bildiriblər ki, F.Lengerer bu ali məktəbin beynəlxalq əməkdaşlıq şöbəsində və DAAD-ın Bakı ofisində təcrübə keçir. O, universitetdə akademik işlərlə məşğul olmaqla yanaşı, DAAD-ın təşkilatçılığı ilə aparılan bir sıra təlimlərdə də yaxından iştirak edir.

F.Lengerer ADNSU-da ona yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, F.Lengerer ADNSU-da dekabrın 1-dək təcrübə keçəcək.

azertag.az