“Avroviziya-2018”in loqotipi təqdim edilib
8.11.2017

“Avroviziya-2018”in loqotipi və “Hamı göyərtəyə!” adlı rəsmi şüarı təqdim edilib.

Portuqaliyadan olan təşkilatçılar, həmçinin Azərbaycanın da daxil olduğu 42 ölkədən ibarət müsabiqə iştirakçılarının siyahısını açıqlayıb.

Xatırladaq ki, “Avroviziya-2018” mahnı yarışması may ayında Lissabonda keçiriləcək.

azertag.az