“Sonluğun sonu” Teatr Xadimləri İttifaqının kiçik səhnəsində
10.11.2017

Noyabrın 13-də Azərbaycan Teatr Xadimləri İttifaqında mərhum dramaturq Rövşən Ağayevin “Sonluğun sonu” adlı əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

İttifaqdan bildirilib ki, psixoloji dram janrında hazırlanmış monotamaşaya Asiman Ağa Rövşənin quruluşunda baxılacaq.

Aktrisa Güşvər Şərifovanın iştirak edəcəyi monotamaşada tənha, qoca və xəstə qadının birgünlük yaşam tərzinin vizual görüntüsü və acı etirafları təqdim edilir.

azertag.az